1 Fevral 2023 12:28
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra politoloqlar mətbuata açıqlamalarında bildirirlər ki, İran ona görə Ermənistana yaxınlaşır ki, Azərbaycan onu yaxına buraxmır. Mən bu fikirlə razılaşmıram.

Teleqraf.com xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

O deyib ki, müstəqillik əldə etdiyimiz vaxtdan İran şirkətlərini Azərbaycanda açıb:

“Lakin İran düşünmürdü ki, Azərbaycan Ermənistan üzərində qələbə qazanar. Onlar bunu istəmirdi. İranla əməkdaşlığa son qoyulmalıdır. Nə vaxt ki, İran səfirliyimizə qarşı törədilən hadisəni terror aktı kimi qiymətləndirər, onda hər şey qaydasına düşə bilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər