Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilib.
Teleqraf.com xəbər verir ki, layihəni deputat Musa Quliyev təqdim edib.
O bildirib ki, son illər Azərbaycan Prezidentinin təşəbbüsü ilə bir neçə dəfə sosial yardım paketləri təqdim edilib. "Bu, əhalinin böyük hissəsinin rifahının yaxşılaşdırılmasına xidmət edib".
Deputat əlavə edib ki, qanunun qəbulu ilə Azərbaycanda pensiyaların minimum məbləği 240 manatdan 280 manata qaldırılır: “Bu, 100 mindən çox vətəndaşlarımızın rifahına xidmət edəcək. Beləliklə minimum pensiya 17 faiz artılır”.
Qeyd edək ki, dəyişikliyə əsasən “Əmək pensiyaları haqqında” qanununun 6-1.ci maddəsinin birinci cümləsində “2022-ci il yanvarın 1-dən 240” sözləri “2023-cü il fevralın 1-dən 280” sözləri ilə əvəz edilib.
İkinci dəyişikliklə qanun 2023-cü il fevralın 1-dən tətbiq edilir.