“Ermənistanın vəziyyəti çox gülməlidir. Əslində onlar narahatdır ki, Ermənistan perspektivi olmayan dövlət kimi məhvə doğru gedir. Bunu ağıllı ermənilər düşünürlər və narahat olurlar. Amma xəstəliyə tutulan və “böyük ermənistan” havası ilə çalıb-oynayan haylar hələdə ümidlidir ki, bəlkə Qarabağda, Ağrıdağının ətəyində yenidən torpaq işğal etdilər. Qars mahalından nəyisə qapazdadılar. Xəstəliyə tutulan ermənilər bu ümidlə yaşayırlar. Əslində bu ümid də deyil, psixoloji xəstəlikdir ki, canlarından çıxmır”.
Bunu Teleqraf.com-a sabiq təhsil naziri Firudin Cəlilov Ermənistandakı durumu və ermənilərin gələcəyə baxışları haqqında danışarkən deyib.
Professor qeyd edir ki, xəstə ermənilərdən fərqli olaraq ağıllı və düşüncəli ermənilər vəziyyəti təhlill edərək çıxış yolunun Qafqazda sülh və əməkdaşlıqda olduğunu görürlər:
"Yəni Gürcüstan, Azərbaycan və Ermənistan arasında yaxşı münasibətlər olmalıdır ki, insanlar da rahat yaşasın. Bax bunu görən ermənilər var. Amma belə görünür ki, onlar hələ azlıq təşkil edir".
Cəlilov bildirib ki, Ermənistanda Rusiyanın “Beşinci kolon”u, Avropaya işləyənlər, eləcə də İranla əlaqələri olanlar nisbətən güclüdür:
“Bu baxımdan İrəvan başını itirib. Ağıllı insanlar düşünür ki, Azərbaycanla düşmənçiliyin heç bir perspektivi yoxdur, bu yolla getmək Ermənistanın boşalmasına təkan verməkdir. Amma cəmiyyətdə olan stereotip çox bərbaddır”.