3 Fevral 2023 13:12
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB-in İdarə heyətinin keçmiş sədri Ramin Bayramlı uzun müddət sonra ilk dəfə ictimai tədbirdə görünüb.

Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində çalışan R. Bayramlı bir neçə gün əvvəl universitetin professoru Arif Əfəndiyevin 80 illik yubileyi münasibətilə keçirilən konfransda iştirak edib.

Qeyd edək ki, R.Bayramlı 2021-ci il sentyabrında 12-də öz ərizəsi ilə TƏBİB-in sədri vəzifəsindən azad olunub. Bu, həmin tarixdən sonra R.Bayramlının mediada yayımlanan ilk fotolarıdır.


Müəllif: Teleqraf.com