3 Fevral 2023 22:35
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərinin Bağçalıevlər rayonunda ötən gün marşrut avtobusunun dayanacaqda gözləyən sakinlərə, daha sonra isə mikroavtobusa çırpılması nəticəsində yaralanan Azərbaycan vətəndaşı Əhməd Rzayev dünyasını dəyişib.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, həkimlər müdaxilə etsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Nəticədə hadisədə ölənlərin sayı 2-yə yüksəlib, yaralıların sayı isə 4 olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər