3 Fevral 2023 19:49
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizi müxtəlif şirkətlər məhsullarının hallalığına rəy vermək üçün dəvət edirlər. Biz də yerində məhsulun hazırlanması prosesini izləyirik”.

Teleqraf.com Modern.az-a istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Şahin Həsənli kolbasa firmasını reklam etməsi ilə bağlı ittihamlara münasibət bildirərkən deyib.

Tanınmış din xadimi kolbasa şirkətini ziyarət etməsinin reklam olmadığını söyləyib:

“Bu, reklam deyil. Mən ömrüm boyu reklamla məşğul olmamışam. Bundan sonra da belə fikrim yoxdur. Çünki bu fəaliyyət istiqamətimizə ziddir. Qafqaz Müsəlmanlar İdarəsində bu məsələ ilə bağlı komissiya var. Halallığı müəyyən etmək üçün din xadimləri yerlərdə müəssisələri ziyarət edirlər. Mən də həmin komissiyanın üzvüyəm. Burada təəccüblü bir şey yoxdur. Dünyanın bütün yerlərində din xadimləri bu məsələ ilə bağlı rəy verir. Təbii ki, məhsulun digər standartlara uyğun olub-olmamasını digər qurumlar müəyyənləşdirir”.

Qeyd edək ki, sosial şəbəkələrdə tanınmış din xadimləri hacı Şahin Həsənli, hacı Surxay Məmmədli, hacı Eldayaq Hüseynov və hacı Natiq İsayevin kolbasa məhsulları şirkətini ziyarət etməsi birmənalı qarşılanmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər