“Həmkarlarımızla birgə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumunun qarşısının alınması zamanı yaralanmış əməkdaşlarını ziyarət etdik”.
Teleqraf.com xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov "Tvitter"-də paylaşım edib.
“Qəhrəmanlarımıza tezliklə şəfa və möhkəm cansağlığı arzu edirik!”, - deyə XİN başçısı bildirib.