Azərbaycanın Türkiyədəki Səfirliyi Vətənə təxliyə olunmaq istəyən vətəndaşlara müraciət edib.
Teleqraf.com xəbər verir ki, təxliyə bu gün, fevralın 7-də saat 15:00-da baş tutacaq.
Azərbaycanlıların ölkəyə yola salınması avtobuslarla həyata keçiriləcək.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 419 nəfər ölüb, 20 534 nəfər yaralanıb. 5 775 bina dağılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.