Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.
Bununla da iclaslarda baxılan məsələlərin sayı 400-ü ötüb.
Ümumilikdə, komissiyanın 4 iclası ərzində əfvlə bağlı 400-dən artıq müraciətə baxılıb və müvafiq qərarlar verilib.
Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.