8 Fevral 2023 17:40
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə kömək üçün səfərbər olub.

Teleqraf.com xəbər verir ki, zəlzələnin üçüncü günündə qardaş köməyinə çatmaq üçün vətəndaşlar yardım toplama məntəqələrinə axın edir.

Hazırda humanitar yardımlar əsasən iki məkanda - Heydər Əliyev adına İdman-Konsert Kompleksində və Əl Oyunları sarayında yığılır. Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır.

Zəlzələdən zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkcə, şalvar, əlcək və qalın yun corablara ehtiyacı var. Bundan əlavə çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik ləvazimatları lazımdır.

Teleqraf.com-un fotoqrafı Elnur Muxtarın kampaniya keçirilən məkandan çəkdiyi fotoları təqdim edirik:


Müəllif: Teleqraf.com