11 May 2014 12:59
4 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyindən ötən gecə ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olduğu bildirilən və Azərbacan Silahlı Qüvvələrində xidmət etdikləri iddia edilən Fərid Əliyev- 19 yaş, Cahangiz Muradov 19 yaş (manqa komandiri) , Ramazan Abdullayev 23 yaş (leytenant) , Qurban Həsənov 24 yaş (leytenant) adlı şəxslərin qətlə yetildiyi barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatlara cavab gəlib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yuxarıda adları çəkilən şəxslərin heç bir Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xismət etmirlər: “O adlarla bağlı araşdırma apardıq.Mətbuatda yayılan həmin adda və soyadda olan şəxslər ümumiyyətlə Azərbaycan ordusunda xidmət etmirlər”.

Qeyd edək ki, kütləvi informasiya vasitələri ötən gecə erməni hərbi birləşələrinin atəşkəsi pozması nəticəsində Fərid Əliyev- 19 yaş, Cahangiz Muradov 19 yaş (manqa komandiri) , Ramazan Abdullayev 23 yaş (leytenant) , Qurban Həsənov 24 yaş (leytenant) adlı 4 Azərbaycan əsgəri və zabitinin qətlə yetildiyi barəsində məlumatlar yayıb.

Teleqraf.com


Müəllif: