10 Fevral 2023 19:44
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi qardaş Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşulub. Agentliyin rəhbərliyi başda olmaqla bütün şəxsi heyəti tərəfindən qardaş ölkəyə 175 min manat (103 min ABŞ dollar) məbləğində ianə edilib.

Bu barədə Teleqraf.com-a Dövlət Agentliyindən məlumat verilib.
Yığılan vəsait Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Ankara şöbəsinin “Ziraat Bank”dakı hesabına köçürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər