Qardaş Türkiyənin zəlzələdən əziyyət çəkən bölgələrinə yük dolu daha 11 "TIR" göndərilib.Yardımlar Gəncə şəhərində yaradılan xüsusi məntəqədən yola çıxıb və Gürcüstan ərazisindən keçməklə qardaş ölkəyə çatdılıracaq.
Teleqraf.com xəbər verir ki, aksiyada Balakən, Oğuz, Şəki, Beyləqan, Zərdab, Ucar, Masallı, Lənkəran, Göygöl, Füzuli, Tərtər, Yevlax, Şəmkir, Göyçay, eyni zamanda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə, Samux, Gədebəy məktəbləri də qoşulub. Əsasən generatorlar, istilik sistemləri, müxtəlif qida məhsulları,isti geyimlər, yataq dəstləri, və məişət əşyaları göndərilib.