13 Fevral 2023 01:03
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Malatya şəhərində güclü zəlzələ nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrin axtarış-xilasetmə işləri davam edir.

Teleqraf.com İTV-yə istinadla xəbər verir ki, artıq tələbələrin yaşadığı binanın altından da tunellər qazılaraq axtarışa başlanılıb.

Xilasedicilər bina sakinlərinin şəxsi əşyalarını taparaq yaxınlarına göstərir və dağıntılar altında qalan şəxslərin yerini müəyyənləşdirməyə çalışırlar.

Qeyd edək ki, Malatya şəhərində İnönü Universitetinin tələbələri Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələdən sonra heç bir məlumat yoxdur, onların yaşadığı bina dağıntıya məruz qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər