13 Fevral 2023 13:38
275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinin sakinləri üçün müvəqqəti çadırlar qurulur.

Teleqraf.com xəbər verir ki, hazırda xilasedicilərimiz Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində qurmağa başlayıb.

FHN-in İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhtçisi Turqay Abbaslı jurnalistlərə açıqlamasında bildirib ki, Doğukənd məhəlləsində zərərçəkmişlər üçün bir neçə çadırdan ibarət şəhərciyin qurulması prosesi aparılır.

"Bildiyiniz kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə humanitar yardım göndərilib. İndiyə qədər nazirlik tərəfindən 10 təyyarə, 3 avtomobil karvanı Türkiyəyə gəlib çatıb. Avtomobillərin sayı isə 39-dur. Maşınların içərisində müxtəlif ölçülü çadırlar, generatorlar və digər lazım olan əşyalar mövcuddur", - FHN rəsmisi vurğulayıb.//Report


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər