Yardım toplama məntəqələrinə geyim göndərilməməsini xahiş edirik.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bu gün keçirilən mətbuat konfransında deyib.
"Ankaradan aldığımız məlumatlara görə ehtiyac olan məhsulların siyahısını səfirlik olaraq paylaşırıq. Bu günə qədər çox sayda geyim məhsulları göndərilib. Həmin geyimlər logistik mərkəzlərdə paylanılır. Bundan sonrakı mərhələdə yardım etmək istəyənlər daha çox qışlıq çadır, qızdırıcı, adyal, gecə köynəkləri göndərə bilərlər", - səfir qeyd edib.