Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrin cənazələri fevralın 16-da ölkəyə gətiriləcək.
Bu barədə Teleqraf.com-a Malatya şəhər İnönü Universitetinin tələbəsi olmuş Şahin Vəliyevin qohumu deyib.
Onun sözlərinə görə, cənazə bu gün saat 11-də İstanbula aparılacaq, daha sonra Bakıya göndəriləcək, cənazə fevralın 16-da təxminən gecə 2 radələrində Azərbaycanda olacaq.