Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirib.
Teleqraf.com xəbər verir ki, azərbaycanlı iş adamı, “Palmali Holding”in prezidenti Mübariz Mənsimov da bu kampaniyada iştirak edib.
Belə ki, "Palmali" şirkətinin nümayəndəsi canlı efirdə tanınmış türkiyəli sənətçi Hülya Avşara zəng edərək “Palmali Holding” rəhbərinin də ianələrə qoşulmaq istədiyini bildirib. Hülya Avşar ianələri qeyd edərək onları canlı efirdə səsləndirib.
Bunlar 2 milyon türk lirəsi, 200 prefabrik ev, 130 çadırdan ibarəd çadır şəhərciyi, mənzil tikintisində 100 evin tikilməsində sponsorluq və 500 tələbəyə təhsil dəstəyindən ibarət olub.
Qeyd edək ki, bundan başqa, “Palmali Holding”in zəlzələdə zərərçəkənlər üçün fərdi olaraq başlatdığı yardım kampaniyasının dəyəri 25 milyon TL-ni ötüb.