Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə göndərilən xilasetmə və tibbi personal, humanitar yardımın siyahısı açıqlanıb.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, göndərilən yardımların siyahısı aşağıdakı kimidir:
Xilasetmə və tibbi personal 760 nəfər
Xilasetmə iti 8 baş
Mobil səhra hospitalı (7 konteynerlə) 2 ədəd
Xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi 3 ədəd
Çadır (müxtəlif ölçülü) 2630 ədəd
Qızdırıcı 707 ədəd
Çarpayı 540 ədəd
Böyük gücə malik generator 5 ədəd
Ədyal 724 ədəd ədyal, 724 ədəd ədyal üzü
Geyim dəsti 8000 ədəd
Corab (cüt) 20000 ədəd
Masa 650 ədəd
Oturacaq 2000 ədəd
İplik dəsmal 7000 ədəd
və digər ləvazimatlar
Qeyd edək ki, Kahramanmaraşda keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfər sağ, 741 nəfərin isə cəsədi çıxarılıb. Kahramanmaraş rayonunda fəaliyyət göstərən mobil səhra hospitalında bugünədək 729 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. FHN-in Kahramanmaraşdakı qüvvələrindən 110 nəfərdən artıq şəxs axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Hataya göndərilib.