17 Fevral 2023 11:43
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəlzələ səbəbilə Türkiyədə oxuyan azərbaycanlı tələbələr təcili geri qayıdıb. Onların yenidən geri qayıdıb dərs vəsaitlərini götürmələri üçün təyyarə biletlərinə müəyyən güzəştlər edilməlidir.

Teleqraf.com xəbər verir ki, bu təkliflə Milli Məclisin bugünkü iclasında deputat Ceyhun Məmmədov çıxış edib.

O bildirib ki, bu gün təyyarə biletlərinin yüksək olması səbəbindən tələbələrin ölkəyə qayıtmasında müəyyən çətinliklər də yaşanır:

“Buna görə də tələbələrin çoxu qış tətilini Azərbaycanda deyil məhz, təhsil aldıqları ölkədə keçirməli olurlar. Başqa məsələ isə Türkiyədə zəlzələ səbəbindən təhsil distant formaya keçib. Zəlzələ səbəbindən təcili ölkəyə qayıdan tələbələrin istifadə etdikləri dərs vəsaitləri orada qalıb. Amma təyyarə biletlərinin baha olmasından qayıdıb götürə bilmirlər. Bütün bunlar nəzərə alınaraq tələbələrə təhsil məqsədilə həm daxili, həm də xarici nəqliyyat vasitələrindən istifadə üçün müəyyən güzəştlərin tətbiqinə baxılmasına ehtiyac var. Dünyada belə təcrübə çoxdur. Türkiyədə də bu təcrübə uğurla tətbiq olunur. Ölkə rəhbərliyinin təhsilə böyük önəm verməsini nəzərə alaraq müvafiq dövlət qurumları bu sahədə araşdırma aparıb təkliflər verməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər