Nasizm bütün dünyada baş qaldırmağa başlayıb. Bunu ABŞ və Çində müşahidə edə bilərik. Nasizm üfunətli təfəkkürün bir hissəsidir.
Teleqraf.com xəbər verir ki, bunu “Dövlət. Cəmiyyət. Cinayətkarlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Rusiyanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor, RF İstintaq Komitəsinin Akademiyasının professoru Yuri Qolik deyib.
Yuri Qolik əlavə edib ki, cinayət hüququ bütün resurslarını korrupsiya ilə mübarizədə tükədib: “Korrupsiya ilə mübarizə daxildə getməlidir. Burada hüququn başqa sahələrində olan mütəxəssislər danışmalıdır".