“Azərbaycan filmləri bu il 52 beynəlxalq film festivalında nümayiş olunub. Bu kinomuz üçün çox böyük uğurdur”.
Teleqraf.com xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2014-cü ildə mədəniyyət sahəsində görülən işlərin hesabatını verərkən deyib. Azərbaycanda çəkilən filmlərin sayının və keyfiyyətinin ildən-ilə artdığını deyən nazir qeyd edib ki, il ərzində Bakıda keçirilən beynəlxalq film festivallarının da adını çəkib: “Bu sevindirici haldır ki, Azərbaycan, Bakı beynəlxalq film festivallarına sahiblik edir.
Filmlərin dublyaj məsələsinə toxunan nazir qeyd edib ki, qanunvericiliyə əsasən Azərbaycanda nümayiş olunan filmlər öncə reyestr xidmətindən keçməli, daha sonra ölkənin ana dilində ya dublyaj, ya da subtitrlərlə kinoteatrlarda göstərilməlidir. Bu barədə məktublar Bakıda fəaliyyət göstərən kionoteatrlara göndərilir, hazırda filmlər reyestrdən keçirilir. Bizim əsas çətinliyimiz dünyada eyni bir çox ölkələrdə premyerası olan filmlərlə bağlıdır. Bu filmi biz görmürük , filmləri alanların da vaxtı çatmır ki, onu dublyaj etsin. Bununla bağlı nazirlikdə mexanizm hazırlanır”.
Nərmin