20 Fevral 2023 15:36
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrin icrasına dair xidməti müşavirə keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, müşavirədə Xidmət rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov və xidmətin ərazi yanğından mühafizə hissələrinin məsul şəxsləri iştirak edib.

Müşavirəni giriş sözü ilə açan Füzuli Əsədov ötən il baş vermiş yanğın hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib.

Xidmət rəisi çıxışında, həmçinin baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması zamanı ilkin və ardıcıl məlumat mübadiləsi, hadisəyə çevik reaksiyavermə, yanğın hadisələrinin operativ söndürülməsinin təşkili, şəxsi heyətin peşə hazırlığının daim yüksək səviyyədə saxlanılmasının vacibliyini qeyd edib.

Füzuli Əsədov çıxışında bildirib ki, Vətən müharibəsindən ötən müddət ərzində respublikanın digər bölgələri ilə yanaşı işğaldan azad olunmuş şəhər və rayonlarda yaradılmış yanğından mühafizə bölmələrinin fəaliyyəti və ərazilərin yanğına qarşı əməliyyat şəraiti gündəlik nəzarətə götürülərək, baş vermiş yanğın hadisələrinin operativ sürətdə qarşısının alınması üçün müvafiq təxirəsalınmaz əməliyyat tədbirləri görülür.

Müşavirədə cari il ərzində xidmətin yüksək səviyyədə saxlanılması və qarşıda duran digər məsələlər ətrafında geniş müzakirə aparılıb, müvafiq tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər