Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Şəhriyar İsayev yeni vəzifəyə təyin olunub.
Teleqraf.com xəbər verir ki, Şəhriyar İsayev Dəmir yolu nəqliyyatında Polis İdarəsinin Gəncə xətt Polis Şöbəsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, Ş.İsayev buna kimi Polis İdarəsinin Gəncə xətt Polis Şöbəsinin kriminalisti vəzifəsində çalışıb.