Məhəmməd Əmin Rəsulzada haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli film beynəlxalq festivalda qalib gəlib.
Teleqraf.com xəbər verir ki, ekran işi Amsterdamda keçirilən “Amsterdam World İnternational Film Festival"da “Ən yaxşı sənədli film” nominasiyası üzrə mükafata layiq görülüb. Festivalda ABŞ, Böyük Britaniya, Çin, İsveçrə, Portuqaliya, Koreya, Rusiya və digər ölkələrin filmləri də iştirak edib.
Xatırladaq ki, sözügedən film “Yüz ilin sirləri” layihəsi çərçivəsində hazırlanıb. Layihə müəllifi Hüseyn Cavadzadənin sözlərinə görə, hazırda “Park Cinema” kinoteatrlar şəbəkəsində yayımlanan “Ən səmimi sevgi ilə” sənədli filminin mart ayında Türkiyə, aprel ayında Avropanın bir neçə ölkəsində, may ayında isə ABŞ-də geniş auditoriyaya təqdim olunması planlaşdırılır.