26 Dekabr 2014 14:35
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Cəmiyyətində Debat (DVC) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə əməkdaşlığı, Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Sığortalı Gənclik” layihəsi çərçivəsində təşkil olunan “Bakı Gənclər Debat Forumu- Payız 2014”-ün bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə forum haqqında qısa məlumat verilib, təşkilatçı və dəstək verən təşkilatların rəhbərlərinin çıxışları olub. Daha sonra forumun final mərhələsi keçirilib. 136 debat raundundan növbəti mərhələyə uğurla keçən komandalar forumun finalında “Sığortalanmada fiziki şəxslərin məsuliyyəti” mövzusunu müzakirə ediblər.

Final mərhələsində Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları qalibiyyət uğrunda mübarizə aparıblar. Azərbaycan bölməsi üzrə 10 nəfər qalib seçilib. Bu bölmə üzrə finalda BDU-nin “Kannkret” komandası qalib gəlib və kuboku qazanıb. Rus bölməsi üzrə 5 nəfər qalib seçilib. Bu bölmə üzrə finalda Dövlət İdarəçilik Akademiyasının “Diamond” komandası qalib olub və kuboku qazanıb.

İlk 3 yeri tutanlara medalllar və diplom, digər qaliblərə diplomlar, 1-ci yeri tutan komandalara isə kubok təqdim olunub. Xatırladaq ki, “Sığortalı Gənclik” layihəsi 18 noyabr 2014–cü il tarixində start götürüb və layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.

Sözügedən layihə Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, DVC (“Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi”), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Forumun tədbirləri çərçivəsində 400 gənc sığorta və maliyyə bazarı ilə təlimlər vasitəsi ilə tanış olub, 1000-dən artıq gənc 10 debat turniri və onlarla debat təlimi vasitəsi ilə sığorta bazarının aspektlərini müzakirə ediblər. 20-21 dekabr tarixlərində keçirilən Forumun yekun mərhələsində 15 ali təhsil müəssisəni təmsil edən 250-dən artıq gənc iştirak edib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər