26 Dekabr 2014 15:19
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu məsələ məni də çox narahat edir”

“Azərbaycanda nümayiş olunan filmlər ya Azərbaycan dilinə dublyaj olunmalı, ya da subtitrlərlə kinoteatrlarda göstərilməlidir. Qanunvericiliyə əsasən belə olmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2014-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib:

“Filmlərin dublyajı ilə bağlı məsələ məni də çox narahat edir. Nümayiş olunan əcnəbi filmlər ölkəyə gətirilərkən reyestr xidmətindən keçməli, daha sonra ölkənin ana dilində ya dublyaj, ya da subtitrlərlə kinoteatrlarda göstərilməlidir. Bu təcrübə dünyanın müxtəlif ölkələrində özünü doğruldub. Həm reyestr, həm də nümayişlə bağlı məktubları Bakıda fəaliyyət göstərən kinoteatrlara göndərmişik, hazırda filmlər reyestrdən keçirilir. Amma bir problem var ki, hələ də həllini tapmayıb. Və bunun həll olunması ilə bağlı mexanizmin axtarışındayıq. Hər hansı filmin dünya premyerası olanda bu, bir gündə çox ölkələrdə eyni vaxtda göstərilir. Həmin filmi biz görmürük və onu reyestrdən öncədən keçirə bilmirik. Bununla yanaşı o filmi alanların imkanı çatmır ki, onu dublyaj etsin. Ona görə filmi aldığı kimi nümayişə buraxır. Bu addım da Azərbaycan dili haqqında qanunla ziddiyyət təşkil edir. Ona görə biz indi qanunvericilikdə nəzərdə tutmalıyıq ki, bütün filmlər heç olmaya titr vasitəsilə tərcümə olunandan sonra nümayiş olunsun”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər