Milli Məclisin deputatı Nurlan Həsənov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş anım tədbirində iştirak etmək üçün sabah Almaniya paytaxtı Berlin şəhərinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, anım mərasiminin Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulur.
Tədbirdə Azərbaycan həqiqətləri diqqətə çatdırılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş Xocalı qətliamı barədə məlumat veriləcək, faciəni əks etdirən sənədlər təqdim olunacaq.