24 Fevral 2023 11:58
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Afət Həsənova əlillik təyinatı zamanı tibb müəssisələrində “Forma-88”in ödənişli olmasından şikayətlənib.

Teleqraf.com-un məlumatına görə, deputat parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı bir sıra şikayətlər var.

O qeyd edib ki, əlillik təyinatında verilən imtinalarda əsas səbəblərindən biri tibb müəssisələri tərəfindən göndərilən “Forma-88”in düzgün doldurulmaması ilə bağlıdır:

“Son vaxtlar narazılıqlar siyahısına yenisi də əlavə olunub. Hazırda ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısı və tariflər təsdiq edilərkən “Forma-88” də ödənişli xidmət növlərinə daxil edilib. Xidmət haqqı da təxminən 41 manat təşkil edir. Mənə aydın olmayan məqamlardan biri də özəl sektordan heç də fərqlənməyən bu məbləğin hansı meyarlar əsasında və nələrə istinad edilərək müəyyənləşdirilməsidir. Həmçinin ödənişli tibbi xidmətlər siyahısında aztəminatlı ailələr hansı formada nəzərə alınıb? Bu da istər-istəməz haqlı narazılıqlara səbəb olur. Təklif edirəm ki, tibbi xidmətlərdən ödənişsiz yararlanmaq hüququna malik olan şəxslərin siyahısına yenidən baxılsın”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər