24 Fevral 2023 12:10
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın yolu ilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparmalıyıq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.

O Münxen Konfransı çərçivəsində keçirilən müzakirələrdən, dövlət başçısının Qarabağla bağlı bəyan etdiyi prinsipial mövqeyindən bəhs edib.

Eyni zamanda qeyd edib ki, Ermənistan rəhbərliyi hər dəfə danışıqlarda bir mövqe nümayiş etdirir, danışıqlardan sonra fərqli mövqe sərgiləyir.

V.Əhmədov 75 gündür bizim ekofəalların Laçın yolunda aksiya keçirdiklərini vurğulayıb. Deputat iki gün bundan əvvəl atəşkəs rejiminin 15 dəfə pozulduğunu, problemin kifayət qədər ciddiləşdiyini vurğulayıb: "Bir neçə gün əvvəl Haaqa Məhkəməsində qəbul olunan qərar da ikili standartların növbəti təzahürüdür. Ona görə də Azərbaycanın atmalı olduğu addımlar var. Birincisi, Laçın dəhlizində hüquqi mexanizmlərin bərqərar olması üçün Rusiya tərəfi ilə danışıqlar aparmalıyıq. Orda bizim gömrüyümüz və sərhəd xidmətimiz olmalıdır ki, Qarabağ ərazisinə silah-sursat daşınmasın.

Göründüyü kimi, Paşinyanın ən çox diqqət yetirdiyi məsələ məhz dəhlizdir. İkincisi, Rusiya sülhməramlılarının təsir zonasında erməni silahlı birləşmələri hələ də qalmaqdadır. Biz bu iki məsələni tamamilə həll etməliyik. Çünki vəziyyətin getdikcə kritik hala gəlməsi göz qabağındadır".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər