İnstitutunun illik hesabatı açıqlandı
25–26 dekabr da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycanda 2014-cü ildə aparılmış arxeoloji və etnoqrafik çöl-tədqiqatlarının yekunlarına həsr edilmiş elmi sessiya keçirilib. Elmi sessiyada AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli iştirak edib.
Elmi sessiya zamanı 2014-cü ildə aparılmış arxeoloji tədqiqatlar üzrə 43, etnoqrafik tədqiqatlar üzrə 20 mövzuda hesabat çıxışları dinlənilib. Elektron təsvir təqdimatları ilə müşayət olunan hesabat çıxışlarında tədqiqatçılar apardıqları araşdırmalarının Azərbaycan elmi üçün əhəmiyyətini və yeniliyini qeyd etmiş, sessiya iştirakçılarının mövzularla bağlı suallarını cavablandırılıb.
NİGAR