Bakıdan gələn və muxtar respublikanın idmançılarından ibarət alpinist qrupu Xocalı soyqırımı qurbanlarının xatirəsini Haçadağın zirvəsində yad edib.
Teleqraf.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımı qubanlarını anmaq, Xocalı həqiqətlərini daha geniş ictimaiyyətə çatdırmaq məqsədilə 11 dağçı dəniz səviyyəsindən 2415 metr yüksəkliyi olan Haçadağın zirvəsinə dırmanıblar. İdmançılar yürüşə Culfa rayonunun Gal kəndindən start veriblər.
Səhər saat 8-də başlayan yürüş 5 saata yaxın davam edib.
Yürüş iştirakçıları zirvəyə çatdıqdan sonra iki ölkənin dövlət bayrağını dalğalandırıblar.
Haçadağın zirvəsində Xocalı soyqırımı qurbanlarının və Türkiyədə zəlzələ nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.