26 Fevral 2023 20:12
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın futbolçuları Kevin Medina və Şahruddin Məhəmmədəliyev instaqramda klubdan çəkdiyi oyunların qonorarı azaldığına etiraz etdiyi üçün çıxarılan Elmir Kərimova dəstək olublar.

Teleqraf.com "Sprotlife"a istinadən xəbər verir ki, ilk dəstək 28 yaşlı qolkiperdən gəlib. O, gənc fotoqrafın çəkdiyi şəkli öz hekayə bölümündə paylaşıb və Elmir Kərimovu işarələyərək ürək emojisi yerləşdirib.

Ardınca azarkeş səhifəsində Elmir Kərimovun işdən çıxarılması ilə bağlı statusa Kevin Medina da reaksiyasız qalmayıb. Kolumbiyalı müdafiəçi azərbaycanlı gəncə sahib çıxaraq, klubun belə addım atmasına sərt təpki göstərən emojilərdən istifadə edib.

Rəylərdə Qurban Qurbanov və klub prezidenti Tahir Gözələ qarşı sərt rəylərə də rast gəlmək olur.

Qeyd edək ki, Elmir Kərimovu "Qarabağ"dan klubun Marketinq və PR departamentinin şefi, eləcə də bilet meneceri olan Yusif Cəfərov uzaqlaşdırıb. "Qarabağ"ın daxili oyunlarını 50 manata çəkən Kərimova, avrokuboklar matçları üçün də bu pulun ödəniləcəyi bildirilib. 4 il ərzində avrokuboklarda hər matç üçün 100 manat qonorar aldığını bildirən Elmir Kərimov qərarla razılaşmayınca klubdan göndərilib.

3-cü qrup əlil və məcvuri köçkün olan Elmir Kərimov daha əvvəl "İmarət" fan-klubunun da üzvü olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər