2023-cü ildə müəllimlərin sertifikasiyasında 35 mindən çox müəllim iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
"Ötən il 11 133 müəllim sertifikasiya imtahanında iştirak edib. Onlardan 3127 müəllimin əmək haqqına 35 faiz, 3426 müəllimin əmək haqqına isə 10 faiz əlavələr edilib".
Nazir qeyd edib ki, cari ildə Azərbaycan dili və ədəbiyyat müəllimləri, ibtidai sinif müəllimləri sertifikasiya imtahanında iştirak edəcək: "Növbəti illərdə regionlar üzrə də müəllimlərin sertifikasiyasıyadan keçirilməsi planlaşdırılır. Sertifikasiyadan keçən müəllimlərin əmək haqqına sentyabr ayından əlavələr ediləcək".