28 Fevral 2023 18:49
331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Biləsuvar-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində fəaliyyət göstərən 45 nömrəli Yol İstismarı MMC-yə məxsus asfalt-beton zavodundan havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, araşdırma zamanı zavodda havaya atılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurğunun olmasına baxmayaraq, onlardan istifadə edilmədiyi məlum olub:

“Faktla bağlı zavodun direktoru Qədir Əskərov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimələnib. Nöqsanların qısa zamanda aradan qaldırılması üçün zavodun rəhbərliyinə məcburi göstəriş verilib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər