“Amerikalılar bir neçə il əvvəl Çin Kommunist Partiyasına müharibə elan ediblər. İstənilən nasist ilk növbədə kommunistləri məhv etməyə çalışır. Çin Kommunist Partiyası isə ABŞ üçün təhlükədir. Bu güc ölkəni dünyada ən azı ikinci, bəlkə də artıq birinci yerə çıxarıb”.
Bunu Teleqraf.com-a Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Ədalət Abdinov deyib.
O qeyd edib ki, Rusiya Çinin arxalandığı ən böyük dövlətdir: “Bu ölkənin məğlubiyyəti Çin üçün sabahın ölümüdür və onlar bunu çox gözəl başa düşürlər”.
“Martın 15-də Moskvada Kommunist Qüvvələrin ikinci Beynəlxalq Forumunu keçirəcək. Burada Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpin də çıxış edəcək. Forumda videobağlantı vasitəsilə dünyanın hər yerindən kommunistlər, o cümlədən Azərbaycan Kommunist Partiyasının rəhbərliyi də iştirak edəcəkdir”, - deyə Abdinov qeyd edib.