3 Mart 2023 12:24
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Azərbaycan məsələsi Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin tərkib hissələrindən biri olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləməsində çıxışı zamanı deyib.

"Qərbi azərbaycanlıların həmin ərazilərə qayıtması könüllüdür və onların həmin ərazilərə qayıdanda təhlükəsizlik və sosial-iqtisadi təminatı yerinə yetirməlidir. Ermənistan bu məsələləri könüllü olaraq üzərinə götürməli və həll etməlidir. Bu, xalqımız üçün bir humanitar faciədir. Bu baxımdan icmanın üzərin çox böyük məsuliyyət düşür", - Xələf Xələfov vurğulayıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər