Azərbaycanda müharibə veteranlarına döş nişanının təsis edilməsi təklif edilir.
Teleqraf.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.
Məruzədə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və “Azərbaycan Respublikasının müharibə veteranı” statusu verilən şəxslər üçün döş nişanının təsis edilməsi təklif edilib.