3 Mart 2023 15:00
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qəzalı vəziyyətdə olan məktəb və uşaq bağçalarının yenidən qurulması və ya əsaslı təmir edilməsi təklif olunur.

Teleqraf.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə yerli icra hakimiyyəti orqanlarının, Elm və Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə monitorinqlər aparmaqla regionlarda hələ də qəzalı vəziyyətdə olan məktəb və uşaq bağçalarının müəyyən edilərək yenidən qurulması və ya əsaslı təmir edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi təklif edilib.

Qeyd edilib ki, orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının artırılması, peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsi, imtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nın növlərinin və ya əvəzedicilərinin sayının artırılması, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 1-ci maddəsinin ikinci hissəsində şəhid ailəsinin üzvləri sırasına “əri (arvadı), valideynləri və övladları olmadıqda, qardaşları (bacıları)”, habelə “qəyyumu” sözlərinin əlavə edilməsi təklif olunur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər