Bakı Dövlət Sirkində qorxulu anlar yaşanıb, şou zamanı şir və pələnglər aqressivlik nümayiş etdiriblər.
Məsələ ilə bağlı Bakı Dövlət Sirkinin mətbuat katibi Gülşanə Mustafayeva Teleqraf.com-a bildirib ki, hadisə tamaşaçının təhlükəsizlik qaydalarını pozmasına görə yaşanıb.
O deyib ki, tamaşa zalında bir neçə tamaşaçı lazeri heyvanın üzərinə salıb:
"Təlim görən heyvanlar olduğu üçün hansısa artıq hərəkət, reaksiya onları narahat edir. Bu hal da həmin pələnglərin aqressivləşməsinə səbəb olub. Tamaşaçı təhlükəsizlik tədbirlərini pozub, təlimçi də bildirdi ki, 20 ildir onun göstərdiyi proqramlarda belə hadisə ilə qarşılaşmayıb. Tamaşaçı lazeri dəfələrlə heyvanların üzərinə salıb. Bir daha tamaşaçıların diqqətinə çatdırırıq ki, salonda qeyd olunan təhlükəsizlik tədbirlərinə riayət etsinlər”.
Qeyd edək ki, bugünkü hadisə zamanı təlimçilərin dərhal reaksiyası nəticəsində təhlükənin qarşısı alınıb.