7 Mart 2023 11:08
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 13 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.

2. “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

3. “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

4. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

5. Vergi Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

6. “Elektroenergetika haqqında” qanun layihəsi (ikinci oxunuş).

7. “Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

8. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik layihəsi (ikinci oxunuş).

9. “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).

10. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

11. Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

12. “Banklar haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

13. “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər