7 Mart 2023 11:19
263
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda Ermənistan tərəfindən növbəti dəfə təxribat törədilib. Bu təxribat nəticəsində 2 hərbi qulluqçumuz şəhid olub".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

O deyib ki, törədilən hadisə bir daha üçtərəfli bəyanatın yerinə yetirilməsinin vacib olduğunu göstərir:

"Ermənistan tərəfinin martın 5-də törətdiyi növbəti təxribat Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatın bütün bəndlərinin tamamilə və qeyri-şərtsiz yerinə yetirilməsi zərurətini bir daha göstərir".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər