Müdafiə Nazirliyinin məlumatına əsasən martın 4-də xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək şəhid olan hərbi qulluqçu baş leytenant Hüseynov Kamran Namiz oğlunun yas mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, şəhidin yas mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin döyüş yoldaşları, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Məlumat üçün bildiririk ki, şəhid baş leytenant Hüseynov Kamran Namiz oğlu 12 iyul 1995-ci ildə Neftçala şəhərində anadan olub və xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək qəhrəmancasına şəhid olub. Şəhid Hüseynov Kamran Namiz oğlu martın 4-də Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.