7 Mart 2023 16:45
301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 53 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 418 nəfər müalicə olunaraq sağalıb, hazırda 230 aktiv xəstə var. Bu günə qədər 10 135 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 664, bu günə qədər isə ümumilikdə 7 534 623 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər