7 Mart 2023 18:08
2 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Araşdırma zamanı Mehdiabad 4 nömrəli tam orta məktəbdə şagirdin növbətçilik əsasında təmizlik işlərinə cəlb edilməsi faktı öz təsdiqini tapıb”.

Bu barədə Teleqraf.com-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunur ki, Elm və Təhsil Nazirliyinin 08.02.2023-cü il tarixində 36-D-22 nömrəli məktubuna əsasən Ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi məqsədilə bütün ölkə üzrə eləcə də Abşeron-Xızı Regional təhsil İdarəsi üzrə 20 ümumi təhsil müəssisəsində tətbiqinə başlanılıb:

“Abşeron rayon Mehdiabad 4 nömrəli tam orta məktəb də pilot məktəblər sırasına daxil olub. Bu yöndə nümunəvi fəaliyyət planı hazırlanıb, şagirdlərlə görüş keçirilməsi, tapşırıqlar verilməsi, daxili-nizam intizam qaydalarının hazırlanması və təkliflərin verilməsi ilə əlaqədar olaraq direktorlara müvafiq tapşırıqlar verilib. Lakin Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin direktoru təlimata zidd olaraq, şagird-davranış qaydalarının məktəblərdə pilot layihə kimi tətbiqindən öncə, nəzərdə tutulmayan qaydada 03.02.2023-cü il tarixdə pedaqoji şura iclası təşkil edərək daxili-nizam intizam qaydaları tətbiq edib".

Vurğulanıb ki, bütün bu göstərilənlərlə əlaqədar araşdırılma aparılıb, təlim-tərbiyə işləri üzrə təşkilatçı müavinin, eləcə də məktəb direktorunun izahatı alınıb: "Araşdırma zamanı şagirdin davamiyyətinin zəif olması aşkarlanıb. Araşdırma zamanı şagirdin növbətçilik əsasında təmizlik işlərinə cəlb edilməsi faktı öz təsdiqini tapıb. Hazırda araşdırma davam edir, məsuliyyətli şəxslər müvafiq qaydada intizam tənbehi ilə cəzalandırılacaq".

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Mehdiabad qəsəbəsi, 4 saylı orta məktəbdə şagirdə dərsə gecikdiyi üçün cəza olaraq döşəmə sildirildiyi ilə bağlı video yayılmışdı.


Müəllif: Nərmin

Oxşar xəbərlər