Ötən həftə “Qardaş Köməyi” Platforması və AQSİA-nın təşkilatçılığı ilə Azərbaycanlı qadınların öz hədiyyələrini zəlzələ bölgəsindəki əziyyət çəkən türkiyəli qadınlarla paylaşması məqsədilə "8 Martda hədiyyəni paylaşmaq olsun" aksiyasına start verilmişdi.
Teleqraf.com xəbər verir ki, bu gün “Qardaş Köməyi platforması” və AQSİA tərəfindən birlikdə təmin olunmuş yardım tırları Agro Terminaldan yola salınıb.