Taxıl sazişinin müddəti martın 18-dən sonra uzadılmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə bildirib.
O qeyd edib ki, Rusiya və Ukraynadan gübrə və taxıl ixracı dünyanın ərzaq təhlükəsizliyi üçün əsas əhəmiyyətə malikdir.
Quterreş bildirib ki, taxıl müqaviləsi çərçivəsində Ukrayna limanlarından 23 milyon ton taxıl ixrac edilib.