9 Mart 2023 13:16
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan silahlı qüvvələri mövqelərimizi sistematik atəşə tutmaqla Ordumuzu cavab atəşi açmağa təhrik edir və bununla da şərti sərhəddə fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyasının nümayəndələrində yanlış rəy formalaşdırmağa, eləcə də bölgədə süni gərginlik yaratmağa cəhd edir".

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bir daha bildiririk ki, Ermənistan tərəfindən törədilə biləcək təxribatlara və bunun nəticəsində baş verəcək insan təlafatına görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər