Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan X Qlobal Bakı Forumu çərçivəsində “Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri” mövzusunda ilk panel iclası keçirilib.
Teleqraf.com-un xəbərinə görə, panel iclasda Latviya Prezidenti Egils Levits, Slovakiyanın 2010-2012-ci illərdə Baş naziri İveta Radiçova, Norveçin 1997-2000 və 2001- 2005-ci illərdə Baş naziri Kyell Magne Bondevik, Robert F. Kennedy İnsan Haqları mərkəzinin Prezidenti Kerri Kennedi, İsveç Konfederasiyasının 2007- 2011-ci illərdə Prezidenti Mişelin Kalmi-Rey, Ukraynanın 2005-2010-cu illərdə Prezidenti Viktor Yuşşenko, NGBM-in həmsədri və 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqa çıxış ediblər.
Latviya Prezidenti Egils Levits çıxışı zamanı qeyd edib ki, Rusiyanın Ukraynaya aqressiyasına beynəlxalq səviyyədə ilk dəfədir ki, reaksiya verilir: “Biz icazə verməməliyik ki, qəbul edilmiş standartlar pozulsun”.
Onun sözlərinə görə, beynəlxalq hüquq dünya sülhünün təməlidir: “Beynəlxalq hüquq həm də bütün səviyyələrdə təmin edilməlidir. Aqressiyalara dözülməməlidir və cəzasız qalmamalıdır. İlk olaraq hərbi, iqtisadi və s. dəstək olmalıdır”.
Norveçin 1997-2000 və 2001- 2005-ci illərdə Baş naziri Kyell Magne Bondevik isə bildirib ki, hazırki vəziyyət II Dünya müharibəsindəkilərdən çox fərqlidir: “Bizə çox güclü regional əməkdaşlıq lazımdır və bu, daha çox birlik gətirə bilər. Bizi NATO qoruyur”.
O deyib ki, hazırda Rusiya tərəfi dini fərqli şəkildə istifadə edir: “Demokratiya və müharibə bir-birinə qarşı çıxan tərəflərdir. Münaqişəni həll etmək üçün biz sülh alətlərindən istifadə etməliyik. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”.
Robert F. Kennedy İnsan Haqları mərkəzinin Prezidenti Kerri Kennedi də çıxışında Rusiya-Ukrayna müharibəsinə toxunub.
1999-2007- ci illərdə Latviyanın Prezidenti Vayra Vike-Freyberqa deyib ki, Rusiya dünyanın ərazi baxımından ən böyük ölkəsidir: “Onların XİN rəhbəri deyib ki, Ukrayna Rusiyaya hücum edib. Ancaq reallıq əksinədir. Rusiya ərazisini daha da genişləndirmək istəyir. Onlar deyirdilər ki, NATO qüvvələri Rusiya sərhədlərinə yaxınlaşır. Bu, gülməli fikirdir. Unutmayaq ki, orada qan axıdılır. Bizim dəstəyimiz qurban olan tərəfə olmalıdır. Onlar bilsinlər ki, Şərqi Avropanın insanları Rusiyaya nifrət etmir”.
Ukraynanın 2005-2010-cu illərdə Prezidenti Viktor Yuşşenko isə çıxışı zamanı vurğulayıb ki, ölkəsi sonunda Rusiya üzərində qələbə qazanacaq: “Bunun üçün bir neçə amilin olması vacibdir, onlardan biri də yekdillikdir. Biz Putinin də bundan qorxduğunu bilirik”.