10 Mart 2023 14:17
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Hikmət Usubov vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə onun yerinə rotasiya qaydasında Sabunçu Mühafizə İdarəsinin rəisi, polis polkovniki Əşrəf Allahyarov təyin edilib.

Hikmət Usubov isə sərəncama götürülüb.

Qeyd edək ki, Hikmət Usubov hazırda Prezident yanında Təhlükəsizlik Şurasının katibi olan Ramil Usubovun qardaşı oğludur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər